Zaqatala rayon Mərkəzi kitabxanası

Zaqatala rayon MKS
Xəbərlər
2 Fevral , 2016

     2 Fevral “Gənclər günü” münasibətilə Zaqatalada Rayon Gənclər və İdman İdarəsi, Mədəniyyət və Turizm şöbəsinin birgə təşkilatçılığı ilə ümumrayon tədbiri keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidə kompleksini ziyarət edərək abidə önünə gül dəstələri düzmüşlər.Heydər Əliyev Mərkəzində keçirilən “İşıqlı sabaha doğru” adlı konfrans Dövlət Himninin səslənməsi ilə başlanmış, daha sonra Azərbaycan gənclərinə həsr olunmuş film nümayiş etdirilmişdir. Konfransda Gənclər və İdman idarəsinin rəisi hesabat çıxışı ilə, Heydər Əliyev Mərkəzinin direktoru “Heydər Əliyev və Azərbaycan gəncliyi”, Zaqatala rayon yeni Azərbaycan Partiyası gənclər təşkilatının sədri “Gənclərdə vətənpərvərlik ruhunun yüksəlişi”, Zərifə Əliyeva adına liseyin müəllimi “Müasir Azərbaycanın inkişafında gənclərin rolu” mövzularında məruzə ilə çıxış etmişdirlər. daha sonra təbrik üçün söz Rayon İcra Hakimiyyətinin Başçısı cənab Mübariz Əhmədzadəyə verilmişdir. Tədbirdə yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulan bir qrup gəncə vəsiqələri təqdim olunmuşdur. 2015-ci ildə rayonun ictimai-siyasi həyatında fərqlənən gənclər, o cümlədən Suvagil kənd diyarşünaslıq klubunun mədəni təşkilatçısı, “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvü Vüqar İsgəndərov diplom və hədiyyələrlə mükafatlandırılmışdır. 
     Tədbir rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam etmişdir. “Talant” instrumental ansamblının müşayiəti ilə müxtəlif mahnı və rəqs nömrələri nümayiş olunmuşdur.