Zaqatala rayon Mərkəzi kitabxanası

Zaqatala rayon MKS
Tədbirlər
10 Yanvar , 2017

        10.01.2016-cı il tarixində Zaqatala rayon MKS işçilərinin aylıq seminar müşavirəsi keçirildi. Seminar müşavirə həmçinin bir növ hesabat xarakterli təşkil edilmişdi. 2016-cı ildə görülmüş işlər, həyata keçirilmiş tədbirlər haqqında geniş danışıldı. Zaqatala rayon MKS-nin direktoru Gülniyar xanım Məmmədova seminar iştirakçılarını salamladıqdan sonra 20 Yanvar–Ümumxalq Hüzn Günü ilə bağlı kitabxana işçilərinin qarşısında duran vəzifələrdən danışdı. O qeyd etdi ki, Milli Matəm Günü ilə əlaqədar sərgilər, anım günləri, ədəbi-bədii kompozisiyalar təşkil olunmalıdır.  Eləcə də yаzıçı Qаsımоv Əlfi Səhlik oğlunun аnаdаn оlmаsının 90 illiyi, əməkdаr incəsənət хаdimi, yаzıçı Bаbаnlı Vidаdi Yusif oğlunun аnаdаn оlmаsının 90 illiyi, yazıçı, tənqidçi, pedaqoq Sadıqzadə Hüseyn Mirkazım oğlunun (Seyid Hüseyn) anadan olmasının 130 illiyi, türk şаiri, ictimai xadim Nаzim Hikmət Rаnın anadan olmasının 115 illiyi, Azərbaycanın Milli Qəhrəmanı Mirzəyev Şirin Vəli oğlunun аnаdаn olmasının 70 illiyi, Azərbaycanın Milli Qəhrəmanı Səfərov Cəlil Əziz oğlunun аnаdаn оlmаsının 55 illiyyi ilə əlaqədar kitabxanaların qarşısında duran vəzifələr qeyd edildi. 2016-cı ildə fəaliyyəti ilə fərqlənən dörd kitabxanaçı- Əhmədova Fəridə, Seyidova Xədicə, Qazilova Zülfiyyə, Mehdiyeva Xacey və yubileyi münasibəti ilə Qımır kənd kitabxana filialının əməkdaşı Cumayeva Zöhrə Şamil qızı fəxrı fərmanla təltif edildilər.