Zaqatala rayon Mərkəzi kitabxanası

Zaqatala rayon MKS
Tədbirlər
8 Noyabr , 2017

8 noyabr 2017-ci il tarixində Zaqatala rayon MKS-nin uşaq şöbəsində “Müstəqilliyimiz və milli mənsubiyyətimiz qürur mənbəyimizdir” adlı ədəbi –bədii gecə keçirilmişdir. Gecəni uşaq şöbəsinin müdiri Ayşa Rəşidova açmış, qonaqları və oxucuları salamlamış, tədbirin keçirilməsi və mahiyyəti haqqında məlumat verdikdən sonra dövlət himnimiz səsləndirilmişdir. Gecənin keçirilməsi üç bayram ərəfəsinə təsadüf edirdi. 9 Noyabr -Bayraq günü, 12 Noyabr – Konstitusiya Günü və 17 Noyabr Milli Dirçəliş Günü. Tədbirdə də bu bayramları əhatə edilmişdi. Tədbirdə “ Bayrağımız qürur mənbəyimiz” adlı məruzə ilə Zeynəb Kavuzova çıxış etmişdir. Sonra uşaqların ifasında bayrağa, ölkəmizə, müstəqilliyə aid şerlər söyləmişlər. Konstitusiya günü haqqında Məhəbbət Rəhimova və Milli Dirçəliş günü haqqında isə Yetər Hacıağayeva məlumat vermişdir. Dövlətimizin müstəqilliyi və atributları haqqında oxucularla sual – cavab aparılmış və konstitusiyamız haqqında slayd nümayiş olunmuşdur. Sonra isə tədbirdə iştirak edən qonaqlara söz verilmiş və tədbir yekunlaşmışdır.

Foto Qalereya